7NEWS.az xəbər verir ki, Fransanın Rouen şəhərində yerləşən ölkənin görməli yerlərindən biri olan Ruen Katedralindən tüstü qalxmağa başlayıb. Normandiya bölgəsindəki qotik memarlıq əsəri olan kafedralın qülləsi təmir işləri zamanı yanıb. Qüllədən qalxan qara tüstü səbəbindən ətrafdakı insanlar təşvişə düşüb. Qubernatorluqdan verilən açıqlamada kafedralın boşaldıldığı və kilsənin ətrafının mühasirəyə alındığı bildirilib.
7NEWS.az








