7NEWS.az xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan 4 PKK terrorçusu iyunun 22-də Habur və Silopi sərhəd məntəqələrinə təslim olub. Terrorçulardan birinin ötən il Fransada yaşayarkən terror təşkilatına qoşulduğu və Şimali İraqdakı terror düşərgələrinə göndərildiyi müəyyən edilib.
7NEWS.az








