RU
Fransada xalq küçələrə çıxdı
10:48
824

Fransada xalq küçələrə çıxdı

Fransada hökumətin əmək qanununa dəyişikliklər etmək istəyi yenə qarşıdurmalara yol açıb.

7News.Az xarici mətbuata istinadən bildirir ki, Həmkarlar İttifaqları təşkilatlarının çağırışı ilə küçələrə çıxan paytaxt sakinləri həyatı sözün əsl mənasında iflic edib. Orta və ali məktəblərdə tədris prossesi müvəqqəti dayandırılıb. Polisin küçələrə çıxan tələbə və şagirdlərə müdaxiləsi isə sonuncular üçün yaxşı olmayıb.

Molotof kokteyllərinin havada uçuşduğu iğtişaşlar zamanı onlarla insan həbs edilib. Aksiyaçılar isə düşünür ki, qalmaqallı dəyişiklikləri arzulayanlar sabiq prezident Nikolya Sarkozi və partiyasıdır. Onların sözlərinə görə, əgər qanuna dəyişikliklər qəbul edilsə, iş saatı 10-dan 12-yə yüksəldiləcək. Bu isə çalışanları qane etmir.

Hadisələr turizmə də təsirsiz ötüşməyib. Eyfel qülləsi artıq bir neçə gündür fəaliyyət göstərmir. Son iğtişaşlardan sonra tikilinin hələ bir neçə gün də qapalı qalacağı bildirilir.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ