Rusiya ilk dəfə olaraq yeni hidrogen bombasının şəkillərini yayımlayıb.
7News.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, "Satan 2” mərmiləri 10 min kilometr məsafəyə qədər uça bilir. Başqa sözlə desək, Moskva Avropadakı istənilən şəhəri asanlıqla yer üzündən silə bilər. Sürəti saniyədə 7 kilometr olan raketlərin dağıdıcı gücü dəhşətlidir
"Satan 2”nin dağıdıcı gücü ABŞ-ın İkinci dünya müharibəsi zamanı Hiroşima və Naqasakiyə atdığı nüvə bombasından 2 min dəfə çoxdur. Bu da, ərazisi Fransa qədər olan dövlətin bir zərbə ilə xəritədən silinməsi anlamına gəlir. 40 meqaton ağırlığındakı mərmini götürə bilən yeni raket 16 nüvə başlığı daşıya bilir. Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin əmriylə hazırlanan silahın anti-radar xüsusiyyəti də var.
7News.az








