7NEWS.az xəbər verir ki,Fransada müzakirələrə səbəb olan immiqrasiya siyasətinin sərtləşdirilməsini şərtləndirən qanunun geri götürülməsi üçün 400 müxtəlif qeyri-hökumət təşkilatının təşəbbüsü ilə paytaxt Paris başda olmaqla 43 şəhərdə etiraz aksiyaları keçirilib. Paytaxt Parisin Respublika meydanına toplaşan nümayişçilər sözügedən qanunun tamamilə geri götürülməsini tələb edərək, tez-tez "İmmiqrasiya qanunu, irqçi qanun", "Biz bunu istəmirik" və "Bu qanunla mübarizə aparacağıq" kimi şüarlar səsləndiriblər. Etirazın simvolu ölkəyə qeyri-qanuni yollarla gələn mühacirlərin istifadə etdiyi rezin qayıq olub, nümayişçilər əllərində "Fransaya işləmək üçün gəlmişik”, "Biz cinayətkar deyilik”, "Bu qanun irqçidir” kimi şüarlar yazılmış lövhələr tutub. "Bizi cinayət məsuliyyətinə cəlb etmək üçün nəzərdə tutulmuş qanun” və "Qanuna yenidən baxılmaqla deyil, bütünlüklə geri götürülməlidir” sözləri ilə "Biz onun ləğvini tələb edirik” yazılı plakatlar qaldırıblar.
7NEWS.az








