Aralıq dənizindəki Korsika adasındakı şəhərlərdə çoxlu partlayışlar olub. Partlayışların səbəbləri və yaralananlar barədə hələlik heç bir açıqlama verilməyib.
7NEWS.az xəbər verir ki, Korsika adasının Viko, Tavako, Alata və Bastelicaccia şəhərlərində gecə saatlarında partlayışlar baş verib. Alata şəhərindəki bir villa partlayış nəticəsində zərər görərkən, bölgəyə bomba zərərsizləşdirmə qrupu göndərilib.
7NEWS.az








