7NEWS.az xəbər verir ki, KDC-nin paytaxtı Kinşasada Fransa səfirliyi qarşısında toplaşan konqolular Makronun səfərinə qarşı nümayiş keçirib. Əllərində Rusiya bayraqları olan nümayişçilər Fransanı öz ölkələrindəki üsyançı qruplara dəstək verməkdə və Ruanda ilə birlikdə hərəkət etməkdə ittiham ediblər. Nümayişçilər "Konqolular Fransanın siyasətinə yox deyir" və "KDC Makronu istəmir" kimi şüarlar səsləndiriblər. Makronun bu gün başlayacaq Afrika turu çərçivəsində Qabon, Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasına səfər edəcəyi gözlənilir.
7NEWS.az








