RU
Fransanın sabiq dövlət katibi döyüldü
10:40
298

Fransanın sabiq dövlət katibi döyüldü

Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər.

7news.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir. 

Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.  

İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.  

Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur.  

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ