RU
Fransanın şimalındakı Seine-Port şəhərində smartfonların ictimai yerlərdə istifadəsi qadağan edilib
13:20
35

Fransanın şimalındakı Seine-Port şəhərində smartfonların ictimai yerlərdə istifadəsi qadağan edilib


7NEWS.az xəbər verir ki, Dünyada asılılığa çevrilən smartfonların sosial həyata mənfi təsirləri ölkələrin gündəminə gəlməyə başlayıb. Fransanın bir şəhəri insanları ətrafdan təcrid edən ictimai yerlərdə cib telefonlarından istifadəyə qarşı tədbir görüb. Sene-et-Marne bölgəsindəki Sen-Port şəhərində həftə sonu ictimai yerlərdə mobil telefonlardan istifadə ilə bağlı səsvermə keçirilib. Təxminən 1900 nəfərin yaşadığı qəsəbədə səsvermədə iştirak edən 272 nəfərdən 146-sı "hə” deyə səs verib, beləliklə, ictimai yerlərdə smartfonlardan istifadə qadağan edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ