Fransanın milli bayramı – Bastiliyanın alınması günü Türkiyədə qeyd edilməyəcək.
7News.Az Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu öz “Twitter” səhifəsində Fransanın İstanbuldakı baş konsulu Muriel Domenak bildirib.
Fransanın Türkiyədəki səfirliyinin rəsmi internet saytında yerləşdirilən açıqlamada isə bildirib: “Fransanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu iyulun 13-dən etibarən ikinci bir əmrə qədər qapalı olacaq. Təhlükəsizliklə bağlı bayramla bağlı İstanbul, İzmir və Ankara şəhərlərində keçirilməsi planlaşdırılan rəsmi qəbul proqramları ləğv edilib. Qərarla bağlı Türkiyə tərəfi məlumatlandırılıb. Hazırda Türkiyə rəsmiləri ilə təmasdayıq. Türkiyədə yaşayan fransızlara və bütün dəvətlilərimizə anlayışları üçün təşəkkür edirik”.








