RU
18:09
222

"Fransaya diplomatik münasibətlərin kəsilməsilə bağlı bəyanat verməliyik" - Politoloq

"Fransaya diplomatik münasibətlərin kəsilməsilə bağlı bəyanat verməliyik. Yaxud da Azərbaycanın Parisdəki səfiri təcili olaraq geri çağırılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Fransanın BMT Təhlükəsizlik Şurasına Laçın dəhlizinin "bloku"nun açılması ilə bağlı qətnamə təqdim etməyə hazırlaşdığı barədə verilən məlumatları şərh edərkən deyib.

"Fransa keçən ilin dekabrın 22-də də BMT TŞ-a Azəraycan əleyhinə qətnamə layihəsi təqdim edib. Onda bu qətnamə qəbul edilmədi. Hətta  qətnamənin mətnilə bağlı beynəlxalq hüquq çərçivəsində Azərbaycanən ərazi bütövlüyü və suverenliyininn əsas götürülməsi istiqamətində dəyişikliklər oldu ki, Paris də ona etiraz edə bilmədi və öz sənədini geri götürməli oldu. Parisin növbəti dəfə bu istiqamətdə addım atmaq niyyəti Azərbaycana düşmənçilik  mövqeyindən yanaşmasından qaynaqlanır”, deyə Natiq Miri bildirib.



Həmsöhbətimiz Azərbaycanı bununla bağlı konkret addımlar atmağa çağırıb:

"Makron Fransa prezidenti olduğu dövr ərzində bu ölkənin beynəlxalq hüquqa zidd Azərbaycan düşmənçiliyi heç vaxt aradan qalxmayacaq. Ermənistanın bir müddət əvvəl BMT-yə etdiyi müraciətlə bağlı konkret qətnamə qəbulu gözlənilmirdi. Ancaq BMT TŞ-nin 15 üzvündən biri qətnamə layihəsi təqdim edirsə, artıq burada konkret sənədin müzakirəsilə paralel, hansısa sənədin qəbulu məsələsi də gündəmdə olur. Ona görə də Azərbaycan məsələyə ciddi yanaşaraq, BMT daimi Şurasının üzvlərilə təmasa keçərək, məsələnin qəbulunu dayandırmalıdır. Doğrudur, bu informasiya Azərbaycana təzyiq xarakterli dezinformasiya da ola bilər. Ancaq hər bir halda məlumat dövriyyəyə buraxılıbsa, Azərbaycan preventiv, qabaqlayıcı addımlar atmalıdır”. 

Politoloq hesab edir ki, Bakı BMT TŞ-nin daimi 5 üzvü ilə, xüsusən də Böyük Britaniya ilə danışmalıdır:

"Rusiya da Parisin belə hərəkətlərindən o qədər də məmnun deyil. Ona görə Moskva və TŞ-nin daimi üzv olmayan digər ölkələrilə də işləməliyik ki, Fransanın istəyi baş tutmasın”.

Qeyd edək ki, Fransanın nüfuzlu "Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson son məqalələrinin birində Parisin BMT Təhlükəsizlik Şurasına Laçın dəhlizinin blokunun açılması ilə bağlı qətnamə təqdim etməyə hazırlaşdığından yazıb. Bundan başqa, onun məlumatına görə, Paris və Fransanın digər iri regionları gələn həftə Ermənistana humanitar konvoyu yola salacaqlar. Buisson hətta həyasızcasına iddia edib ki, Qarabağın əhalisi guya ərzaq, dərman və yanacaqdan məhrum olub. Guya orada tez-tez işıq, su və internet kəsilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ