RU
Fransaya fevralın sonundan indiyədək 15 mindən çox ukraynalı qaçqın gəlib
00:30
1326

Fransaya fevralın sonundan indiyədək 15 mindən çox ukraynalı qaçqın gəlib

Fevralın sonundan indiyədək Fransaya 15 mindən çox ukraynalı qaçqın gəlib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron teleqram kanalında bildirib.

"Biz onlara yaşayış, eləcə də sosial, inzibati və sanitar məsələlərinin həllində köməklik göstəririk”, - o yazıb.

Fransa lideri əlavə edib ki, qaçqınlara dəstək səylərinin koordinasiyası üçün yaradılan sayta ukraynalı qaçqınların yerləşdirilməsi və ya digər yardımların göstərilməsi təklifləri ilə 33 mindən çox müraciət daxil olub.

Makron qeyd edib ki, ümumilikdə 3 milyona yaxın insan Ukraynanı tərk edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ