RU
Fransız jurnalist Ukraynada raket hücumu nəticəsində ölüb
15:06
31

Fransız jurnalist Ukraynada raket hücumu nəticəsində ölüb


7NEWS.az xəbər verir ki, Ukraynadakı müharibədə daha bir jurnalist həyatını itirib. Bildirilib ki, dünən Donetsk vilayətinin Çasiv Yar şəhərində intensiv toqquşmaların yaşandığı Baxmut yaxınlığındakı qəsəbədə Ukrayna əsgərləri ilə birlikdə işləyən Fransanın AFP xəbər agentliyinə bağlı jurnalistlərə raket zərbələri endirilib. Agentlikdən verilən açıqlamada 32 yaşlı Arman Soldinin raketin yerindən düşməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib. Bölgədəki digər jurnalistlərin də hücumdan sağ-salamat xilas olduqları açıqlanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ