Fransada bir şirkətin 200-dən çox əməkdaşı işdən çıxarılaraq süni intellektlə əvəzlənib.
7NEWS.az xəbər verir ki, Fransada 383 nəfərin çalışdığı "Onclusive” şirkəti yanvar ayından etibarən işçi qüvvəsinin yarıdan çoxunu süni intellektlə əvəz etmək qərarına gəlib. İctimai yayımçı France Inter-in məlumatına görə, Parisin şimalındakı Courbevoie bölgəsində fəaliyyət göstərən şirkət 217 əməkdaşının işini dayandıracaq və onları süni intellektlə əvəz edəcək.
7NEWS.az








