Fransanın Marsilya şəhərində "Milenium Türk Mədəniyyət Dərnəyi" adlı məscidə molotov kokteyli atılıb.
Gecə saatlarında 4 nəfər məscidin qapı və pəncərələrinə benzib töküb. Daha sonra onlar içəriyə molotov kokteyli ataraq yandırıblar.
Yanğın ətrafdakı insanların köməyi ilə söndürülüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Qeyd edək ki, noyabrın 13-ü Parisdə baş verən terror olaylarından sonra Fransada müsəlmanlara qarşı hücumlar artıb./axar
7news.az








