RU
23:42
456

"Qarabağ" "Frayburq"la oyunda fərqi azaldıb - YENİLƏNİB

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

"köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib. 

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir. 

23:15

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.  

Meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

23:08

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb. 

Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. 

Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ