RU
““Freedom House” erməni lobbiçilərinə xidmət edir”
11:13
294

““Freedom House” erməni lobbiçilərinə xidmət edir”

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan Respublikasını “qeyri-azad ölkə” kimi qeyd edilib. Təşkilatın bu acıqlaması Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb. Bununla bağlı mətbuata etirazını bildirən QHT rəhbəri Niyaməddin Orduxanlı bildirib ki, “Freedom House” təşkilatının açıqladığı bəyanat birbaşa Azəraybaycana olan qərəz və nifrətdən irəli gəlir: “Açıq - aşkar demək olar ki, bu təşkilat daim Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyət göstərib. Bilirsiniz ki, bu təşkilatın rəhbərliyində olan şəxslərin dünyada fəaliyyət göstərən erməni lobbiçiləri ilə yaxın münasibətləri ilə seçilib. Hər zaman bu xətti görməmək mümkün deyil. Bunlar qeyd edirlər ki, Azərbaycan “qeyri-azad ölkə”dir, Ermənistan isə “yarım – azad ölkə” Bu necə ola bilər?! Ermənistanda son prezident seçkilələrində nəticələrlə etiraz edən minlərlə vətəndaş hakimiyyət qüvvələri tərəfindən güllə-boran edilir. Rəsmi məlumata görə, onlarla mitinq iştirakçıları qətlə yetirilir. Yüzlərlə insan həbs edilir, döyülür, təqib olunur. Bu gün Ermənistanda onlara jurnalist, vətəndaş cəmiyyətinin nümayəndələri və s. insanlar həbsdədir. İnsan hüquqları çox pis vəziyyətdədir. Hətta günün gönorta çağı Ermənistan parlamentinin spikeri güllələnir, baş nazir qətlə yetirilir. Bütün bunlar Ermənistanda baş vermiş hadisələrdir. Belə olan halda Ermənistan “yarım-azad ölkə” olur? Necə də özlərini gülünc vəziyyətə qoyublar. Göründüyü kimi, bu təşkilatlar yalnız Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün hər fürsətdən istifadə edir, bəhrələnir və bəlli dairələrin sifarişlərini, istəklərini icra etməklə məşğul olurlar. Bu təşkilatın rəhbərliyinə olan şəxslər bilməlidir ki, Azərbaycan ictimaiyyəti onların qərəzli olduqlarını çox yaxşı bilir.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ