RU
Fuad Qəhrəmanlının həbsi üçün təqdimat verildi
22:50
916

Fuad Qəhrəmanlının həbsi üçün təqdimat verildi

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

 F.Qəhrəmanlı hazırda Nəsimi rayon Məhkəməsinə gətirilib.

O, Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

F.Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ