RU
Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu
18:16
609

Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

"Old Trafford"un təhlükəsizlik xidməti Premyer Liqanın 12-ci turunda keçirilən "Mançester Yunayted" - "Arsenal" (1:1) oyunundan öncə stadionun tualetində 2 tələbə aşkar edib.

Oyunu biletsiz izləmək istəyən gənclər cümə günü "Old Trafford"a ekskursiya qrupu ilə gəlib. Ekskursiyanın başa çatmasına az qalmış onlar tualetə girib gizləniblər və gecəni orda keçiriblər.

Həmin tələbələr polisə təhvil verilsə də, həbs olunmayıb. Qanun keşikçiləri onların əməlində cinayət tərkibi görməyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ