İngiltərə futbolunun canlı əfsanəvi, bir zamanlar "Liverpul"un ulduzu olmuş Yan Raş evlənib. 1987-2012-ci illərdə Treysi Raş ilə nikahda olmuş 57 yaşlı futbolçu bu dəfə özündən 27 yaş kiçik xanımla ailə qurub.
7News.Az Irish Independent-ə istinadən bildirir ki, Yan Raşın 6 illik münasibətlərdən sonra evləndiyi 30 yaşlı irlandiyalı Kerol Entoni modeldir.
Yan Raşın sözlərinə görə, onlar iki il əvvəl hamıdan gizli şəkildə nişanlanıblar.
Əvvəllər "Havana" təxəllüsü ilə müğənnilik də etmiş Kerol Entoni deyib: "Yan tanışlarımıza və dostlara həmişə məni arvadı kimi təqdim edirdi. İki həftə ona dedim ki, Yan, sənin arvadın deyiləm, nişanlınam. O, cavab verdi: "Hə, elədir. Amma arvadım olmağını istəyirəm. Yəni mənə ərə gələrsən?!"
Yan Raş və Kerol Entoni 2013-cü ildən bəri birlikdə yaşayırdılar.
Yan Raşın əvvəlki nikahından Conatan və Deniel adlı iki oğlu var.
7News.Az










