RU
Futbol üzrə Avropa və dünya çempionu dünyasını dəyişib
17:10
1168

Futbol üzrə Avropa və dünya çempionu dünyasını dəyişib

Almaniya millisinin sabiq futbolçusu Horst-Diter Höttges dünyasını dəyişib.

7News.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, veteran müdafiəçi 80 yaşında vəfat edib. O, son illərdə demensiyadan əziyyət çəkirdi.

Qeyd edək ki, karyerasının böyük hissəsini "Verder"də keçirmiş Horst-Diter Höttges Bremen təmsilçisi ilə Bundesliqada 483 oyuna çıxıb və 1965-ci ildə ölkə çempionu olub.

O, həmçinin, Almaniya millisinin heyətində 1972-ci ildə Avropa çempionluğunu, 2 il sonra isə dünya çempionluğunu qazanıb.

Bizim Telegram kanalımıza abunə ol

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ