Braziliyada Alaqoas ştatının futbol çempionatının final oyununda "Klub Reqatas Brazil" və "Sentro Sportivno Alaqoano" komandaları üz-üzə gəliblər və hesab 1:0 olarkən stadionda qalmaqal yaşanıb.
İki komandanın azarkeşləri arasında tribunada yaranmış gərginlik birbaşa futbol meydançasında kütləvi dava ilə nəticələnib.
Qeyd edək ki, bu iki komandanın öz aralarındakı oyunları ştatın derbisi hesab olunur. İndiyə kimi 400-ə yaxın belə oyun keçirilib.
Kütləvi dava nəticəsində bir neçə azarkeş xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir.








