RU
Futbolçu cinsi istismarda iştirakı ilə bağlı xəbərləri
11:05
1220

Futbolçu cinsi istismarda iştirakı ilə bağlı xəbərləri

İspaniya yığmasının və “Mançester yunayted”in qapıçısı David de Hea özünün cinsi istismarda iştirak etməsilə bağlı məlumatları təkzib edib.

7News.Az-ın rus KİV-nə istinadən verdiyi məlumata görə, futbolçu bu xəbəri təkzib etdiyini, bunun yalan olduğunu söyləyib.

“Bütün yayılna xəbərlər uydurmadır. Bu məsələ ilə hazırda vəkillərim məşğul olur. Xəbəri eşidəndə ilk növbədə ailəmlə danışdım ki, onlar rahat olsunlar. Siz məni tanıyırsınız”, - deyə David de Hea bildirib.

Qeyd edək ki, daha öncə de Heanın İspaniya yığmasından kənarlaşdırılacağı ilə bağlı xəbər yayılıb. Bu xəbər isə gənc qızın 2012-ci ildə Hea və onun iki futbolçu dostu tərəfindən zorlanması ilə bağlı verdiyi bəyanatdan sonra əks olunub.

Cinsi istismara məruz qaldığını iddia edən qız bu işdə porno-prodüsseri İqnasio Alyende Fernandesin əli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Hea Fernandesin vasitəsilə qızla tanış olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ