RU
Futbolçu hakimi döydü – Video
15:25
769

Futbolçu hakimi döydü – Video

Argentina regional liqasında keçirilən "Argentino Kuilmeş” - "Sportivo Norte” oyununda futbolçu hakimi döyüb.

7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  meydan sahibrlərinin müdafiəçisi Leandro Vera baş hakim Silvio Ruizə xəsarət yetirib. Buna referinin 41-ci dəqiqədə qonaqları lehinə cərimə zərbəsi təyin etməsi səbəb olub. Bundan sonra Vera hakimə yaxınlaşaraq onu yumruqla vurub. Digər oyunçuların müdaxiləsi ilə davanın daha da böyüməsinin qarşısı alınıb.

Dərhal sonra baş hakim isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Buna görə də hesab 0:0 olarkən görüş yarımçıq dayandırılıb.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ