Türkiyə millisinin sabiq futbolçu Uğur Dağdelen yaşadığı evin qarajında intihar edib.
42 yaşlı U.Dağdelen yaşadığı evin qarajında tapança ilə başına atəş açıb.
Mərhumun cəsədi yerli vaxtla saat 18:00-da tapılıb. Meyit ekspertizaya göndərilib. U.Dağdelenin hansı səbəbdən intihar etdiyi bilinmir.
Qeyd edək ki, Uğur Dağdelen futbolçu karyerası ərzində Türkiyənin "Samsunspor", "Bursaspor", "Kayserispor" klublarında çıxış edib. 1998-ci ildə Türkiyə millisinin formasını geyinən futbolçu 2001-ci ildə 29 yaşında olarkən futbolçu karyerasını bitirib./olke
7news.az








