RU
Futbolçu qara görə topu boş qapıya vura bilmədi - VİDEO
13:04
596

Futbolçu qara görə topu boş qapıya vura bilmədi - VİDEO

Almaniyanın "Hannover” klubunun hücumçusu Qenki Haraquçi "Bayer”ə qarşı keçirilən matçda  güclü qara görə topu boş qapıdan keçirə bilməyib.

Kuryoz anın görüntüsü "Guardian Football” YouTube kanalında yayılıb.

Oyunda hesab 0:2 olduğu bir vaxtda Haraquçi rəqib komandanın qapıçısını aldadaraq, topu boş qapıya hədəfləyib. Ancaq qazon üzərinə yığılan qar topun qapı xəttini keçməsinə əngəl olub.

Qeyd edək ki, oyun "Hannover”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bəxti gətirməyən Haraquçi Almaniya çempionatının cari mövsümündə bir dəfə olsun fərqlənməyib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ