RU
Futbolçu qəzaya düşdü, öldü
13:52
529

Futbolçu qəzaya düşdü, öldü

Kolumbiyalı futbolçu Yesid Aponsa avtomobil qəzasında dünyasını dəyişib. 

Faciəvi hadisə Quaçene şəhərində baş verib. 24 yaşlı oyunçunun avtomobili yoldan kənara uçub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb. Futbolçunun çıxış etdiyi "La Ekidad" klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Yesid Aponsa karyerası ərzində Kolumbiyanın "İndependyente", "Amerika" və "Boyaka Çiko" klublarında da çıxış edib./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ