İsveç çempionatının 24-cü turunda maraqlı hadisə baş verib.
7News.Az xəbər verir ki, "Hammarbü" - "Höteborq" matçında meydan sahiblərinin hücumçusu Kennedi Bakırcıoğlu qol vurduqdan sonra azarkeşlərə tərəf qaçıb. Tribunadan fanatlardan biri ona pivə atıb. 37 yaşlı futbolçu fanatın atdığı pivəni içib.
Qeyd edək ki, qarşılaşma "Hammarbü"nün 3:0 hesablı qələbəsi ilə başa çatıb.
7News.Az










