RU
Futbolçular siqaret çəkib, şərab içiblər
14:18
2136

Futbolçular siqaret çəkib, şərab içiblər

Avropa çempionatının C qrupu çərçivəsində keçirilən Ukrayna - Almaniya matçını izləyən azarkeşlərdən biri qarşılaşmadan sonra heç bir əngəllə rastlaşmadan birincilərin soyunub-geyinmə otağına daxil olub.

7News.Az xəbər verir ki, Ralf adlı alman azarkeş Ukraynaya məxsus paltardəyişmə otağında şok mənzərə ilə qarşılaşıb.

Belə ki, o, soyunub-geyinmə otağına daxil olarkən yerdə 41 dənə siqaret kötüyü görüb. Bundan başqa o, şərab, pivə şüşələrini də görüntüləyə bilib.

Ralf hadisəni belə xatırlayır: “Oyun başa çatandan sonra bütün tribunalar boşaldı. Elə bura gəlmişkən, stadionu da gəzim dedim. Çıxış qapısına gələndə VİP qonaqların çıxdığını gördüm. Hamısının əlində futbol topu var idi. Topu haradan aldıqlarını soruşdum. İçəridə paylanıldığını dedi. Mən də açıq qapıdan içəri daxil oldum. Stadiona girdim, baş məşqçi Yoahim Lövün əyləşdiyi kresloda oturdum. Daha sonra soyunub-geyinmə otaqlarına gedən koridora daxil oldum. Ukrayna millisinin paltardəyişmə otağında rəzalətlə qarşılaşdım. Boş şərab şüşəsi, pivə... 41 dənə siqaret kötüyü saydım”.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:0 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ