RU
Futbolda belə hakim qalmaqalı olmamışdı... - VİDEO
15:40
590

Futbolda belə hakim qalmaqalı olmamışdı... - VİDEO

Futbol üzrə Braziliya çempionatında baş tutan "Fluminense" - "Flamenqo" qarşılaşmasında son illərin ən böyük hakim qalmaqalı yaşanıb.

Oyunun 84-cü dəqiqəsində hakim rəqib komandanın qapısına cərimə zərbəsi təyin edib. Qapı qarşısına göndərilən topu meydan sahiblərinin hücumçusu qapıdan keçirib. Yan xətt hakimi əvvəlcə qolun oyundankənar vəziyyətdən vurulduğunu bildirsə də, futbolçuların etirazından sonra qərarını dəyişib.

Daha sonra rəqib komandanın oyunçuları qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia edərək, yan xətt hakiminə sərt etiraz ediblər. Bu etirazlardan sonra ədalət təmsilçisi daha bir dəfə qərarını dəyişib, qolu qeydə almayıb. Yaşanan qalmaqal səbəbiylə matçda 10 dəqiqəlik fasilə yaranıb. Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ