RU
“Futbolda səhvlər normaldır” - “Boavişta”nın baş məşqçisi Kamran haqda
13:01
617

“Futbolda səhvlər normaldır” - “Boavişta”nın baş məşqçisi Kamran haqda

Portuqaliya çempionatının 12-ci turunda "Pasuş de Ferreyra”nın qonağı olan "Boavişta” 1:2 hesabı ilə uduzub.

7News.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev və yarımmüdafiəçisi Emin Mahmudov bu görüşdə meydana çıxıb. 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Boavişta”nın baş məşqçisi Migel Lil Kamran Ağayevin buraxdığı ilk qoldakı səhvindən danışıb: "Məncə, Kamranın səhvinin zədəsi ilə əlaqəsi yox idi. Sadəcə o, həmin an düzgün qərar verə bilmədi. Ümumiyyətlə, onun oynayanacağı sual altında idi. Lakin çox çalışdı və komandasına kömək etmək üçün meydana çıxdı. Bizi bir neçə vəziyyətdə xilas da etdi. Futbolda səhvlər normaldır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ