RU
Füzulidə ağır qəza: Bir ölü, dörd yaralı
16:02
155

Füzulidə ağır qəza: Bir ölü, dörd yaralı

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakini Ş.Quliyevin idarə etdiyi "Mercedes-Benz” və S.Əsədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və onların üç sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ