RU
Füzulidə DYP avtomobili ağır qəzaya düşdü: Ölən və yaralananlar var - VİDEO
15:13
95

Füzulidə DYP avtomobili ağır qəzaya düşdü: Ölən və yaralananlar var - VİDEO

Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi "Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

7News.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ