RU
Füzulidə kanalda kişi meyiti aşkarlanıb
23:20
869

Füzulidə kanalda kişi meyiti aşkarlanıb

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ