Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisi və Füzuli rayon 3saylı Qayıdış qəsəbə bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” –nin ilkin təlimlərinə yekun vuruldu.
Tədbiri giriş sözü ilə açan 3 saylı Qayıdış qəsəbə bələdiyyəsinin sədri Tamella Məmmədova cari ilin fevral ayından fəaliyyətə başlayan Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə çıxış etmiş, görülən işlərin əhəmiyyətini vurğulayıb.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşərək qeyd etmişdir ki , “Hər bir sənət sahibi sabahın nəinki potensial əmək bazarında mütəxəssis həmdə özlüyündə işəgötürən olacaqdır.Bunun üçün isə bəlli hədəflər və spesifik modullar tətbiq olunmalı,regionlarda peşə təhsili həmin bölgənin mövcud imkanları və iqtisadi təlabatı ilə uzlaşmalıdır.
Digər çıxış edən qonaqlar da belə mərkəzlərin məhz cəbh bölgələrində təşkil edilməsini vacibiyini vurğulamışlar.
Xidmətin ilk buraxılış mərhələsində tikiş ,toxuculuq, qadın bərbəri və komputer kursundan ümumilikdə 40 nəfər həssas qrupdan olan qadınlar və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanıblar.








