RU
Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb
14:20
382

Füzulidə qadını amansızcasına öldürən yeniyetmə saxlanılıb

Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanvarın 28-də A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar olunub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan yeniyetmə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ