"Samsung Electronics” şirkəti istehsal etdiyi smartfonunun tədarükünü qeyri-müəyyən müddətə təxirə salındığını bildirib, belə ki, şirkət qurğunun əlavə yoxlamasını aparır.
7News.Az bu barədə life.ru-ya istinadən xəbər verir.
Şirkət qurğunun əlavə keyfiyyət sınaq testlərinin aparılması barədə Reuters agentliyinə bildirib. "Samsung”da məhz nəyin yoxlanıldığı və hazırda hansı bazarlara tədarükün təxirə salındığı dəqiqləşdirilməyib.
Keyfiyyət yoxlaması problemi təsdiqlənməsi smartfon istehsalçısına zərbə vura bilər, belə ki, "Samsung” bu ilin ikinci yarısında "Galaxy Note 7”-nin satışına böyük ümid bəsləyir.
"Samsung” daha öncə "Galaxy Note 7”-yə olan tələbatın şirkəti smartfonun bəzi bazarlara çıxarılmasını təxirə salmağa vadar etdiyi barədə məlumat yaymışdı.








