"Game Of Thrones" və "EastEnders" kimi seriallarla adından söz etdirən britaniyalı aktyor Darren Kent uzun müddət xəstəliklərlə mübarizəsini itirib.
7NEWS.az xəbər verir ki, "Game Of Thrones" və "EastEnders" kimi seriallarda rol alan Darren Kent uzun müddət keçirdiyi xəstəliklə mübarizədə məğlub olub. Britaniyalı aktyor Kent 36 yaşında vəfat edib. Kent karyerasının əvvəlindən osteoporoz, artrit və nadir dəri xəstəliyi ilə mübarizə aparırdı. Ölümündən sonra dostları və pərəstişkarları sosial şəbəkədə onun istedadına kədər və heyran olduqlarını bildirən mesajlar paylaşıblar.
7NEWS.az








