RU
17:30
637

"Game of Thrones"u bu intim səhnəsinə görə qınadılar - FOTO

7 mövsümdür yayımlanan, reytinqləri alt-üst edən məşhur "Game of Thrones" (Taxt oyunları) serialı bazar günü yayımlanan sezon finalı ilə geniş müzakirələrə səbəb olub.

Ekran işinin sezon finalındakı insest intim səhnələr sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Serial nə qədər çox bəyənilsə də, insest münasibət qınanılıb. İstifadəçilər "o, sənin xalandır, xalan" kimi şərhlər yazıblar.

Serialda Kit Harington və Emilia Clarke lüt halda kamera qarşısına keçiblər. Onlar ehtiraslı səhnələri barədə açıqlama veriblər.

İkili bildirib ki, onlar, sadəcə, rollarını oynayıblar.

 

"Yaxın qohumlar arasında cinsi əlaqənin doğru olmadığını bilirik. Düşünürdük ki, cəmiyyət tərəfindən normal qarşılanmayacaq"./milli

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ