"Gangnam Style" mahnısı Ginnesin Rekordlar Kitabına girib.
"YouTube" sosial şəbəkəsinin rəsmi kanalında Cənubi Koreyanın məşhur müğənnisi PSY yeni "Daddy" adlı mahnısını təqdim edib.
Hazırda bu mahnının izlənmə sayı 4 170 012-dir.
Park Çe-San daha çox PSY adı ilə tanınır. O, Cənubi Koreyalı müğənni, söz yazıçısı, k-pop ifaçısı, rəqqas və prodüsserdir. PSY 15 iyul 2012 - ci ildə nümayiş etdirilən hərəkətli mahnısı "Gangnam Style" ilə iTunesda 31 ölkənin ilk sırasında yerləşib.
"Gangnam Style" mahnısı "YouTube"da, 20 sentyabr 2012-ci ildə ən çox bəyənilən və baxış sayı olan video kimi Ginnesin Rekordlar Kitabına girib. "Gangnam Style"nın PSY-nin Hyuna ilə də birlikdə oxuduğu başqa versiyaları da vardır.
Sizə PSY-nın yeni hitini təqdim edirik./olke.az
7news.az








