RU
“Garant Holding”ə bağlı şirkət “Gilan Holding”i məhkəməyə verdi
21:51
2076

“Garant Holding”ə bağlı şirkət “Gilan Holding”i məhkəməyə verdi

"Fortis Group" MMC "Gilan Holding" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə baxışı bu gün - 16.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilib.

Açıqlanan məlumata görə, məhkəmə iddiasının səbəbi tərəflər arasındakı alqı-satqı müqaviləsi üzrə mübahisədən irəli gəlir. 

Onu da qeyd edək ki, "Fortis Group” MMC vaxtı ilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi "Garan Holding”in törəmə müəssisəsi olub. "Gilan Holding” MMC-yə isə vaxtı ilə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovun oğlanları – Tale və Nicat Heydərovlar rəhbərlik edib. //Yeniavaz

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ