Türkiyə, Bahçelievlərdə, oğru olduqları düşünülən şəxs, ya da adamlar, girdikləri evdə ana Kezban Ercan (82) ilə qızı Ayşe Solmazı (52) öldürüb.
Dəhşətli cinayət saatlar sonra fərq edilərkən, evin qabağında toplaşan yüzlərlə adam cinayətlərə təpki göstərərək edam üçün şüar səsləndirib.
Bahçelievlər, Zəfər Məhəlləsi, Canan Küçə üzərində olan bir mənzilin birinci qatına dünən axşam saatlarında oğurluq etmək üçün daxil olduqlarından şübhələnilən şəxs, ya da adamlar, o zaman evdə olan ana Keziban Ercan (82) və Ayşe Solmaz (52) ilə qarşılaşıb.
Kimliyi hələlik müəyyən olunmayan şəxs, ya da adamlar, ana və qızını öldürüb. Günorta saatlarında namaza getmək üçün evdən çıxdığı öyrənilən və qayınanası Keziban Ercan ilə həyat yoldaşı Ayşedən uzun müddət xəbər almayan İsmayıl Soymaz, saatlar sonra evə gələndə qonşularının köməyi ilə qapını açıb.
İçəri girəndə qarşılaşdıqları dəhşətli mənzərə ilə qonşular, səhiyyə və polis dəstələrinə xəbər veriblər. Hadisə yerinə gələn 112 Təcili Xidmət briqadaları, etdiyi araşdırma nəticəsində, ana və qızının həyatını itirdiyini təyin edib.
Asayiş əməkdaşları cinayət yerində təhlükəsizlik tədbiri alarkən, evə gələn Hadisə Yeri Araşdırma Şöbə İdarəsinə bağlı dəstələr də sübut toplama işi aparıb. Polis briqadaları ana- qızın boğularaq öldürüldüyü şübhəsi üzərində dayanır.
Qayınanası ilə həyat yoldaşını itirən İsmayıl Soymaz və xəbəri alaraq evə gələn yaxınları sinir böhranı keçirib.
Cinayətə qurban gedən ana ilə qızın cəsədlərinin dəfn avtomobili ilə daşınmasının ardından jurnalistlərə açıqlama verən qəzəbli izdiham, bu və buna oxşar hadisələrin günahkarlarının tapılması üçün Polis Baş İdarəsi və digər nümayəndələrə müraciət edib.
Onlarla insan günahkarların edamı üçün şüar atıb.
Hadisə ilə bağlı istintaq davam edir./metbuat








