RU
Gecə eyvandan yıxılan qızın cansız bədəni səhər saatlarında tapıldı
20:19
99

Gecə eyvandan yıxılan qızın cansız bədəni səhər saatlarında tapıldı

Gecə saatlarında evinin eyvanından yıxılan Elif Atalayın (36 yaş) cansız cəsədi səhər saatlarında qonşuları tərəfindən tapılıb.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Zonquldak bölgəsində baş verib.

İddialara görə, Elif Atalay 5-ci mərtəbədəki evinin eyvanından beton döşəməyə yıxılıb. Səhər eyvana çıxan qonşusu Atalayı yerdə hərəkətsiz vəziyyətdə görüb və polisə xəbər verib. Ünvana polis və təcili yardım qrupları göndərilib. Tibb heyətinin ilkin müayinəsində Elif Atalayın öldüyü müəyyən edilib.
 
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ