RU
17:08
859

"Gecə kimə mesaj gəlirsə, bilirlər ki, mənəm" -VİDEO - FOTOLAR

"Atam istəyirdi ki, mən daha ciddi bir sənətlə məşğul olum"

ARB TV-nin "Gəlin danışaq" verilişinin budəfəki qonağı Azərbaycanın əməkdar incəsənət xadimi Əliqismət Lalayev olub.

O, tələbkar biri olduğunu və saatın neçə olmasının fərqi olmadan hər zaman iş barədə işçilərinə yazdığını qeyd edib.

"Bəzi hallarda deyirəm ki, Allah "Whatsapp"ı çıxaranın atasına rəhmət eləsin. Çünki çox gec saatlarda yadıma nəsə düşür, kiməsə zəng vurmaq, görürəm ki, gecdir, ayıbdır. Amma "Whatsapp"la yazıram ki, sabah bu işi elə. Saatın artıq fərqinə varmıram. Mənimlə işləyənlər də bilirlər ki, gecə mesaj gəlirsə, bu, Əliqismətdir".

Əliqismət Lalayev həmçinin atasının onun hüquqşünas olması istədiyini də qeyd edib. 

"Atam istəyirdi ki, mən daha ciddi bir sənətlə məşğul olum. Bizim ailə də ki təhsil ilə bağlı idi. Ailəmizdə teatrla, incəsənətlə məşğul olan biri yox idi. Yalnız bacım musiqi məktəbinə gedirdi. Ancaq o zaman musiqi məktəbində dərs almaq dəb idi. Mən isə bədii kollektivlərdə çox iştirak edirdim. Mən eyni zamanda Salyanda komsomolun plenum üzvü idim. O zamanlar 9-10-cu sinif şagirdinin komsomolun plenum üzvü olması böyük dəyər idi. Bir gün Salyanda yazıçıların konfransı keçirilirdi. Həm də "Böyük dayaq" filminin nümayişi idi. O zaman belə söhbət var idi ki, bu film Qüdrət Səmədova həsr olunubdur. Qüdrət Səmədov isə Salyanın çox böyük pambıqçısı idi. Sosialist əmək qəhrəmanı, Ali Sovetin deputatı idi. Qüdrət Səmədov da xalq artisti Həsən Məmmədovun dayısı idi. Mən orada çıxış edərək şeir söylədim. Evə gələn kimi atamdan soruşdum ki, necə idi? Atam da cavab verdi ki, yaxşı idi, amma artıq şeir demə".

Əməkdar incəsənət xadimi daha əvvəl təhsilini yarımçıq qoyduğunu və daha sonra incəsənətə yönəldiyini açıqlayıb.

"Mən bir il Bakı Dövlət Universtetində təhsil aldım. Elə oldu ki, mən təhsilimi yarımçıq qoydum və Salyanda 2 il qəzetdə işlədim. Təbii ki, jurnalistika fakültəsinə qəbul olmalı idim. Atam isə deyirdi ki, hüquqa getsən, daha yaxşı olar. Mən iyul ayında "Teatrşünaslıq" fakültəsinə qəbul oldum. Atam soruşanda isə deyirdim ki, bu da jurnalistlikdir. Ancaq teatr sahəsindən yazan jurnalist. Ondan soruşanda ki, ay Hümbət kişi, bu necə olur, İncəsənət Universtetində oxuyur? O isə deyirdi ki, jurnalist olacaq, amma incəsənət jurnalisti".

Videonu izləmək üçün şəklə klikləyin:

7News.az




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ