7NEWS.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatında gecə klubunda silahlı hücum olub. Kolorado-Sprinqsdəki Club Q gecə klubuna gələn şəxs təsadüfi atəş açıb. Silah səsləri eşidildikdən sonra hadisə yerinə çoxlu sayda polis və tibb qrupu cəlb edilib. Polisdən verilən açıqlamada hücumda ən azı 5 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya çatdırılan yaralıların sağlamlıq vəziyyətinin təfərrüatları açıqlanmayıb.
7NEWS.az








