İzmirin Karşıyaka rayonunda gecə klublarından birində hələlik məlum olmayan səbəblərdən silahlı insident baş verib.
7News.az Milliyet-ə istinadən bildirir ki, hələ bilinməyən bir səbəbdən ötəri bir əyləncə məkanında iki qrup arasında baş verən mübahisə silahlı qarşıdurmaya çevrilib.
İnsident zamanı 2 şəxs həyatını itirdi, biri 33 yaşlı polis məmuru Mustafa İnal olmaqla 2 nəfər isə ağır yaralanıb.
Yaralılar arasında əyləncə məkanının sahibi Günay Kılıçın da olduğu deyilir.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










