RU
`Gecə saat 12-yə kimi barlarda qalırlar...` -  Ağacan Abiyev
14:41
509

`Gecə saat 12-yə kimi barlarda qalırlar...` - Ağacan Abiyev

"Həddi-büluğa çatmayan uşaqlar gecə saat 12-yə kimi restoran və barlarda qalırlar. Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar”.

 

7News.Az xəbər verir ki, bunu millət vəkili Ağacan Abiyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deyib. 

Deputatqeyd edib ki, yeniyetmələr sağlamlıqlarını qorumaq üçün idmanla məşğul olmalıdırlar: "İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Barlara getməklə heç nə olan deyil. Həmin barın sahibi başa düşsün ki, 18 yaşına çatmamış yeniyetməni saat 12-də barda saxlamaq olmaz. Bu məsələyə görə barların sahibləri, valideynlər cavabdehlik daşımalıdır. Uşaqlar günlərini kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ