RU
Gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
15:50
429

Gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan 7News.Az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ