ABŞ-da meteoritin düşmə anı görüntülənib.
"İzvestiya”nın məlumatına görə, kadrlar sosial şəbəkələrdə şahidlər tərəfindən paylaşılıb.
Kadrlarda yanan obyektin gecə səmanı işıqlandırdığı görünür.
Şahidlərin sözlərinə görə, obyekt ağ-mavi rəngdə və quyruqlu olub.
Meteorit eyni anda bir neçə ştatda – Kentukki, Ohayo, Pensilvaniya və Virciniyada görünüb.








