RU
Gecə vaxtı niyə duyğusal oluruq?
09:48
1531

Gecə vaxtı niyə duyğusal oluruq?

Bu barədə ATV-nin efirində yayımlanan “100 ölç, 1 biç” verilişində qonaq olan psixoloq Xatirə Səfərova bildirib: “insan duyğusal sistemdən ibarətdir.

Nəyi görürsə, 5 duyğu sisteminə görə onları həzm edir və beyinə ötürür. Səhər saat 5-də gün çıxan vaxt oyanarıqsa, insan həmin gün pozitiv olur. Çünki günəşdən enerji alır. Ağıl sadəcə qərar vermə funksiyasını daşıyır. Qalan bütün işi insanın hissləri və emosiyaları görür. Hisslər və emosiyalara isə təbiətin təsiri var.  Gecə vaxtı insanlar daha duyğusal olurlar. Günorta vaxtı romantik, dram filminə baxanda insanlar duyğusal olmurlar. Biz təbiətin bir hissəsiyik. Günəş də, havanın  şəraiti də bizə təsir edir. Payızda ətraf solduğu üçün insanlarda əhval-ruhiyə, yaz aylarına nisbətən solğun olur”. /atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ